Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 20:48
Müalicənin vaxtından əvvəl dayandırılması koronavirus infeksiyasının yenidən kəskinləşməsinə səbəb ola bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə tibb elmləri namizədi Andrey Kondrakin məlumat verib. O, koronavirus xəstələrinin yenidən xəstəxanaya yerləşdirilməsinin səbəblərindən danışıb. Həkimin sözlərinə görə, bu, xəstələrin xəstəxanadan qısa müddətdə çıxmaq və dərman qəbul etməyi dayandırmaq istəkləri ilə əlaqədardır.
"Bəzi dərmanlar var ki, bir ay qəbul etmək lazımdır. Onları sona qədər bitirmək çox vacibdir. İkincisi, sağaldıqdan iki həftə sonra ikinci test etdirməyi unutmayın. Başqa bir vacib şərt odur ki, özünüzü soyuqdan qorumalısınız", - Kondrakin "Veçernaya Moskva" nəşrinə verdiyi müsahibədə deyib.
Mütəxəssis qeyd edib ki, evdə müalicə alarkən özünüzü fiziki baxımdan yükləməyin, mütəmadi olaraq qan təzyiqinizi ölçün. Alkoqoldan, yağlı, ədvalı, şirin və duzlu yeməklərdən də imtina etmək lazımdır. (publika.az)