Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 12:48
Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Aİ ilə münasibətlərdə mühüm irəliləyişi göstərir
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas mətbuat konfransında deyib:
“Bu, prezident Tuskun son regional səfəri idi. Bu səfər onun Azərbaycana 2015-ci ildə etdiyi səfərdən sonra münasibətlərdəki mühüm irəliləyişi nümayiş etdirdi. Tusk Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstəyini ifadə edib”.
O qeyd edib ki, Aİ və Azərbaycan tərəfdaşlıq barədə sazişlə bağlı danışıqların son mərhələsindədir:
“Yeni aviasiya sazişi ilə bağlı danışıqlarda böyük irəliləyiş müşahidə olunub. Biz ötən il nəqliyyat və təhlükəsizlik üzrə yeni dialoqlara başlamışıq. Tərəfdaşlıq prioritetləri üzrə vacib sənəd imzalanıb. Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və investorudur. Bizim Azərbaycanda demək olar ki, bütün sosial-iqtisadi sahələrdə layihələrimiz var”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin