Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 37 minə yaxın şagird təhsil aldığı məktəbi dəyişib

Bakıda 37 minə yaxın şagird təhsil aldığı məktəbi dəyişib

Tarix: 21 Dekabr 2020 11:42

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ildə ümumi təhsil müəssisələrində 36 923 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.

BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2020-2021-ci dərs ili üçün 44 904 uşaq qəbul olub.

Bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.


Etiketlər:  Bakıda minə yaxın şagird təhsil aldığı məktəbi dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ