Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan Rusiyanın COVID-19-a qarşı peyvəndinin istehsalına başlayıb

Qazaxıstan Rusiyanın COVID-19-a qarşı peyvəndinin istehsalına başlayıb

Tarix: 21 Dekabr 2020 21:42

Qazaxıstanda bu gün Rusiyanın COVID-19-a qarşı peyvəndinin istehsalına başlanılıb. Hökumət başçısı Askar Mamin bildirib ki, Rusiyanın "Sputnik V " peyvəndinin istehsalı Qazaxıstan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Karaqanda şəhərində əczaçılıq kompleksinin bazasında mərhələli şəkildə 2 milyon doza peyvənd istehsalı planlaşdırılır. Əhalinin kütləvi vaksinasiyasının 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.

Hökumət başçısı vaksinasiyanın ilk növbədə tibbi işçilər, müəllimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi-sosial müəssisələrin əməkdaşlarının, həmçinin xroniki xəstəlikləri olan risk qruplarının nümayəndələri arasında könüllülük əsasında aparılacağını bildirib.

Milli.Az


Etiketlər:  Qazaxıstan Rusiyanın COVID qarşı peyvəndinin istehsalına başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ