Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 14:54
Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin materiallarında deyilir.
Qeyd olunur ki, Aİ ticarət sahəsində Azərbaycanın ən iri tərəfdaşıdır: “2018-ci ildə Aİ-nin Azərbaycanın ticarətində payı 41,7 faiz təşkil edib. Aİ Azərbaycan üçün ən iri ixrac (54,3 faiz) və idxal (20,3 faiz) bazarıdır”.
Aİ-nin Azərbaycandakı biznes mühiti ilə bağlı beş prioritet islahatı arasında vergi, gömrük, təhsil, hüquq və maliyyə sahələrində şəffaflığın və sabitliyin təmin olunması yer alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin