Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 14:16
Rusiya "Sputnik V" peyvəndinin mutasiyaya uğramış "COVID-19"un yeni növünə qarşı təsirli olacağını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Birbaşa İnvestisiya Fondu (RDIF) prezidenti Kirill Dmitriyev bildirib.
O qeyd edib ki, "Sputnik V" İngiltərədə ortaya çıxan virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq.
"Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. "Sputnik V"nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük. Bu səbəbdən ilkin təhlillər "Sputnik V"nin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir", - Dmitriyev vurğulayıb.