Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 17:46
Bakı. Samir Əli - Trend:
Bakı Hərbi Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.
Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib. Sentyabrın 27-də başlanan 44 günlük hərbi əməliyyat zamanı L. Mkrtçyan bir neçə erməni hərbçisi ilə birlikdə Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.