Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın yeritdiyi iqtisadi idarəetmə modeli öz effektivliyini göstərir''

''Azərbaycanın yeritdiyi iqtisadi idarəetmə modeli öz effektivliyini göstərir''

Tarix: 23 Dekabr 2020 07:00

Hesab edirəm ki, ölkə Prezidenti İlham Əliyevin bütövlükdə dövlət idarəetməsi strategiyası Azərbaycanın dayanıqlı şəkildə beynəlxalq hüququnun artmasına şərait yaradır və bu idarəetmə strategiyasının mühüm komponenti kimi, şübhəsiz ki, iqtisadi siyasətin formalaşması çıxış edir.

Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Azərbaycan isə bir çox məsələlər üzrə dayanıqlı şəkildə öz mövqelərini qoruyur və, bu amil iqtisadi siyasətdə də öz əksini tapır:

"Nəzərə almaq lazımdır ki, Azərbaycan son illər ərzində və qeyd etmək yerinə düşər ki, mürəkkəb dünya iqtisadiyyatı üçün illər ərzində öz müstəqil kursunu xeyli dərəcədə effektiv qaydada qorumuş oldu və bu müstəqil siyasət, faktiki olaraq, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun xeyli dərəcədə artmasına şərait yaratdı.

Bu gün heç bir dövlət tam təcrid olunmuş şəkildə xarici amillərdən asılı olmadan müstəqil bir siyasət apara bilməz. Amma eyni zamanda, biz görürük ki, elə ölkələr var ki, onlar Azərbaycandan coğrafi nöqteyi nəzərdən xeyli dərəcədə böyük olsa da onların siyasətində xarici amillərdən asılılıq kritik səviyyədədir və onların, demək olar ki, dünya gündəliyində olan heç bir məsələ üzrə müstəqil hansısa konkret xırda bir fikir söyləməyi mümkünsüz olur. Azərbaycan isə bir çox məsələlər üzrə dayanıqlı şəkildə öz mövqelərini qoruyur və bu, şübhəsiz ki, iqtisadi siyasətdə də öz əksini tapır. Azərbaycanın həm xarici iqtisadi siyasəti, həm daxili iqtisadi siyasəti ona köklənib ki, milli maraqlarımız sistemli şəkildə qorunsun və Azərbaycanın milli maraqlarına söykənən iqtisadi idarəetmə siyasəti ölkəmizin iqtsadi potensialının artımına şərait yaratmaqdadır".

E.Məmmədov söyləyib ki, qonşu dövlətlərlə dayanıqlı şəkildə iqtisadi əlaqələrimizin inkişafına nail oluruq:

"Unutmayaq ki, bugünkü gün dünya iqtisadiyyatında çox mürəkkəb proseslər getməkdədir. Bu gün regionlaşma, deqloballaşma ilə bağlı olan proseslər gedir və bu proseslər bir daha onu göstərir ki, məhz Azərbaycanın yeritdiyi iqtisadi idarəetmə modeli öz effektivliyini göstərir. Çünki biz bir tərəfdən şaxələndirilmiş xarici iqtisadi siyasət aparırıq, digər tərəfdən isə regional inkişafın prioritetliyini dərk edərək əsas qonşu dövlətlərlə dayanıqlı şəkildə iqtisadi əlaqələrimizin inkişafına nail oluruq. Bunlar çox önəmlidir. Eyni zamanda, unutmayaq ki, daxili iqtisadi siyasət nöqteyi nəzərdən ölkə Prezidentinin daim hökümətin iqtsadi bloku qarşısında qoyduğu məsələ, investisiyaların artımı, milli iqtisadiyyatımızın real sektorunun inkişafı və iqtisadi inkişafa yönələn idarəetmə modelinin qurulmasıdır. Düşünürəm ki, bu istiqamətdə işlər bundan sonra ardıcıl şəkildə davam etdirilməli və eyni zamanda, şübhəsiz ki, yeni çağırışlara uyğun olaraq ölkənin iqtisadi idarəetmə siyasətində islahatların həyata keçirilməsi zəruridir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın yeritdiyi iqtisadi idarəetmə modeli effektivliyini göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ