Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək

Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək

Tarix: 23 Dekabr 2020 07:08

Koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar olaraq Türkiyə ərazisində Yeni ilə mərasimləri və bayram şənlikləri keçiriləməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vilayət rəhbərlərinə müvafiq təlimat göndərilib. Bildirilir ki, otellər, qonaq evləri və digər mərasim yerlərində kütləvi bayram tədbirləri keçirilə bilməz.

Qeyd edək ki, hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi həftəsonu "Evdə qal!" rejimi dekabrın 31-də saat 21:00-da qüvvəyə minərək 2021-ci il yanvarın 4-də saat 5:00-dək davam edəcək. Əhaliyə tövsiyə edilir ki, Yeni ilin qarşılaması və bayramlaşma ailələr daxilində dar çərçivədə keçirilsin.

Milli.Az


Etiketlər:  Türkiyədə Yeni şənlikləri keçirilməyəcək


RƏYLƏR