Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər

Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər

Tarix: 23 Dekabr 2020 12:45

Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları könüllü qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyası ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təşkil olunub.

Trend-in məlumatına görə, ASCO-nun kollektivi nəcib aksiyada böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin qaydalarından irəli gələn bütün tədbirlərə əməl olunub.


Etiketlər:  Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ