Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə məclis təşkil edənlər cərimələndi

Evdə məclis təşkil edənlər cərimələndi

Tarix: 23 Dekabr 2020 13:50

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Muğan kəndi ərazisində M.Qürbətovun evində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq yığıncaq keçirilməsi aşkarlanıb. Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib. 9 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat məbləğində cərimə olunub.


Etiketlər:  Evdə məclis təşkil edənlər cərimələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ