Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənim balaca oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı - VİDEO

Mənim balaca oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı - VİDEO

Tarix: 24 Dekabr 2020 14:26

Qəribə məqamdır, oğlu şəhid olan ata-analar, özlərini o şəhidin adıyla təqdim edirlər. Şəhid filankəsin atası, filan oğulun anası. Bəli, bu dünyadan igidliklə köçən hər övlad öz valideynlərinə bir ad miras qoyub köçür bu dünyadan. Həm də öz millətinə, öz xalqına. Şəhid Məhəmmədin ailəsində olduğu kimi.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 19 illik ömründə özündən sonra ad qoyub getmək hər oğula nəsib olmur. Şəmkirin Sabirkənd kəndindən Naxçıvana hərbi xidmətə yollanan Məhəmməd ailəsinə şərəfli ad miras qoyub. Anası deyir ki, mənim balaca oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı, elə onun uğrunda da canından keçdi.

Xüsusi təyinatlı bölmədə xidmət edib. 1 il dörd ay xidmət göstərib. Ondan hamı razılıq edirmiş, döyüş yoldaşları, komandirləri. Müharibə başlayanda könüllü olaraq Naxçıvandan Fizuliyə gedən dəstəyə yazılır. Və bunu ancaq atasına xəbər verir.

Məhəmməd Əliyev sonuncu dəfə bibisi oğlu Əliylə danışır. Əli deyir ki, mən onun səsindən hər şeyi başa düşdüm. Bu, onun axırıncı zəngiydi.

Məhəmməd döyüşdə yaralanarkən, onu döyüş bölgəsindən çıxaran çavuş Yadigar Əliyev də vurulur, şəhid olur. İndi əsgər Məhəmmədin ailəsində çavuş Yadigarın da xatirəsi əziz tutulur. Allah rəhmət eləsin!


Etiketlər:  Mənim balaca oğlum böyük ürəyinə boyda vətəni sığdırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ