Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 15:00
Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə lider mövqeyini qoruyub saxlamaqdadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, ölkəmizdə aparılan sosial islahatlar sosial ödənişlərin, habelə pensiyaların əhəmiyyətli dərəcədə artımı ilə nəticələnir.
Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır.