Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 15:00
Bakı. Fidan Babayeva - Trend:
Dövlət Gömrük Komitəsi (DGK) ilə "Progress" sənaye-istehsalat şirkəti arasında 30 milyon manat məbləğində müqavilə imzalanıb.
Trend bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.
Məlumata əsasən, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi müəyyən edilib:
“Tender komissiyasının qərarı ilə "Progress" sənaye-istehsalat şirkəti qalib elan edilib. Şirkətlə 30 milyon manat məbləğində müqavilə imzalanıb”.