Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Diplomatik müstəvidə həyata keçirilən fəaliyyət öz məntiqi nəticəsinə çatdı''

''Diplomatik müstəvidə həyata keçirilən fəaliyyət öz məntiqi nəticəsinə çatdı''

Tarix: 24 Dekabr 2020 15:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə qarşısına qoyduğu, eləcə də bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün həm beynəlxalq miqyasda, istərsə də ölkə daxilində ardıcıl prinsipial, məqsədyönlü və düşünülmüş şəkildə siyasət həyata keçirdi.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, işğalda olan torpaqlarımızı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda aparılan siyasət nəticəsində azad etdik:

"Bunun nəticəsidir ki, ölkəmizin həm beynəlxaq mövqeləri gücləndi, həm də diplomatik, siyasi müstəvidə həyata keçirilən fəaliyyət öz məntiqi nəticəsinə çatdı. 2020-ci ildə Azərbaycanın həm COVİD-19 pandemiyası ilə mübarizədə əldə etdiyi uğurlar, eləcə də ölkəmizin iqtisadi yüksəlişi istiqamətində atılmış addımlar, həm də 2020-ci ili Azərbaycanın tarixinə salan Vətən müharibəsi ilə yekunlaşdı. Bu müharibədə biz 30 ilə yaxın müddət ərzində işğalda olan torpaqlarımızı azad etdik, eləcə də ölkəmizin tarixində kədər, niskil və itki ilə bağlı yadda qalan bütün steriotipləri aşaraq müzəffər, qalib və qəhrəman Ali Baş Komandan və əsgər fikirləri ilə yekunlaşdırırıq. Bu siyasətin həyata keçirilməsində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda aparılan siyasət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır".

İ.Hüseynov onu da qeyd edib ki, dövlət başçısı 2020-ci ildə özünü fateh, sərkərdə kimi göstərdi:

"Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti həm orduya rəhbərlik etməsi, ordumuzun manevrlər etməsi, strateji, taktiki, texniki tapşırıqların yerinə yetirilməsi ilə bağlı əməliyyatlara rəhbərlik etməsi, eləcə də diplomatik müstəvidə, informasiya cəbhəsində dövlətimizin milli maraqlarının qorunması üçün dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi arqumentləşdirilmiş müsahibələrdə dövlətimizin haqlı olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi, BMT qətnamələrinin, ATƏT-in qərarlarının, Avropa parlamentinin, Qoşulmama Təşkilatının, Türk Şurası, eləcə də İslam Əməkdaşlıq Təşkilatının qərarlarının yerinə yetirilməsinin labüdlüyünü bildirirdi. Prezidentin güclü dövlət konsepsiyası yolunda atdığı addımlar öz yekun nəticəsini verdi. Bu gün Azərbaycanın formalaşdırdığı yeni reallıqlar var və bu geosiyasi reallıqlarla artıq dünya dövlətləri də barışır, bunu qəbul edir. Dövlət başçısı 2020-ci ildə özünü fateh, sərkərdə kimi göstərdi. Bütün dünya azərbaycanlılarının rəğbətini qazandı. Bu gün dövlət başçısının fəaliyyəti bütün vətəndaşlarımız tərəfindən təqdir olunur. Qeyd etmək lazımdır ki, bu gün dövlət başçısının doğum günüdür. Ona möhkəm can sağlığı, dövlətimizin milli maraqlarının qorunması istiqamətində ardıcıl uğurlar arzulayırıq".

Təhməz Əsədov


Etiketlər:  Diplomatik müstəvidə həyata keçirilən fəaliyyət məntiqi nəticəsinə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ