Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 17:08
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, ötən müddət ərzində isə ümumilikdə 2 115 991 test aparılıb.