Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 19:06
Fransanın PSJ klubunun yeni baş məşqçisi Maurisio Poçettino olacaq.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Paris təmsilçisinin istefaya göndərilən çalışdırıcısı Tomas Tuxeli argentinalı əvəzləyəcək.
Lakin bunun üçün almaniyalının klubdan ayrılması rəsmiləşməlidir. Hazırda PSJ rəhbərliyi Tuxelin nümayəndələri ilə danışıqlar apararaq müqaviləyə xitam verilməsini müzakirə edir. Əgər radikal dəyişiklik olmasa, Poçettino yaxın müddətdə Fransa klubunun "sükanı arxası"na keçəcək.
Qeyd edək ki, 2019-cu ilin noyabrında İngiltərə "Tottenhem"indən ayrılan Poçettino həmin vaxtdan işsizdir. Onun adı dəfələrlə müxtəlif klublarla yanaşı hallanıb. Baş məşqçisini istefaya göndərən və ya bunun baş verəcəyi gözlənilən klublarla bağlı məhz argentinalının adı gündəmə gəlib.