Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO

“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO

Tarix: 25 Dekabr 2020 11:40

Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də ölümündən sonra "Qarabağ" ordeni və vətən uğrunda" medalı ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovdur. O, vətən müharibəsinin ilk günündə şəhid olan yüksək rütbəli zabitlərimizidən biridir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, aprel döyüşlərində də igidlik göstərən Mehman Şirinov vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

Mehman Şirvanov 1980-ci il fevralın 24-ü Lənkəranın Ürgə kəndində dünyaya göz açıb. Mehman 1998-2002-ci illərdə Bakı hərbi təhsil alıb. Hərb sənətinə yiyələn zabit Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Naxçıvan, Yevlax, Tərtər və Goranboyda yerləşən hərbi hissələrdə 20 ildən çox nümunəvi və qüsursuz xidmət edib.
 
Mehman xidməti dövründə bir sıra xarici ölkələrdə NATO-nun ixtisas artırma kurslarına da qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib. Onun sonuncu döyüşü Murovdağda olur. Murovdağ yüksəkliyini erməni təcavüzkarlarından azad edərkən elə müharibənin ilk günündə qəhrəmancasına şəhid olur.

Polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra "Qarabağ" ordeni və Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Qarabağ ordenli şəhid polkovnik leytenant Mehman Şirvanov VİDEO


RƏYLƏR