Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 19:56
"Qalatasaray"ın futbolçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır. Ehtiyat tədbiri kimi seneqallı futbolçu Superliqanın 15-ci turunda "Trabzonspor"la səfər matçına aparılamayacaq.
Əvəzində, uzun müddətdir zədə səbəbindən meydana çıxmayan kolumbiyalı hücumçu Radamel Falkao heyətdə yer alıb.
Qeyd edək ki, "Trabzonspor"la dekabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.