Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 08:02
44 günlük Vətən Müharibəsində bir çox qəhrəmanlarımız tarix yazdı. Onların sırasında Əliyev Fariz Fəyyaz oğlu da var.
Sonxeber.net oxu24.com-a istinadən xəbər verir ki, döyüşçü 1986 - cı ildə Sumqayıt şəhərində dünyaya gəlib. 3 il əvvəl bədbəxt hadisə nəticəsində xəsarət alıb. Onurğasının 8 fəqərəsi zədələnib.
Bütün bunlar onun hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanmağına mane olmadı.
N saylı hərbi hissədə Vətənə xidmətə yollanır. Füzuli, Cəbrayıl, Ağcakənd, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edir. Ağcakənd uğrunda gedən döyüşlərdə kəllə-beyin travması alıb.
Döyüşlərin qızğın vaxtında təkbaşına 16 yaralı əsgərin döyüş meydanından çıxarılmasına nail olub. Xoşbəxtlikdən həmin əsgərlər hazırda sağdır. O deyir ki, nə belindəki ağrıları, nə də minaatanları hiss edirdim.
Əliyev Fariz Azərbaycanın Ali Baş Komandanı Zəfərimizi elan etdikdən 10 gün sonra əvvəlcə Füzuli Hərbi Hospitalına, daha sonra Bakı Mərkəzi Hərbi Hospitalına yerləşdirilib.
Mərdəkanda reabilitasiya dövrü keçib. Hazırda vəziyyəti stabildir. O, xoşbəxtdir. Vətənin Zəfərində onun da əməyinin olması sevindiricidir.
Qeyd edək ki, döyüşçümüz şəhid övladıdır. Onun atası Əliyev Fəyyaz Birinci Qarabağ Müharibəsi zamanı şəhid olub. Qəhrəman hərbçimiz həmçinin Azərbaycan Televiziyasının əməkdaşı, tanınmış jurnalist Günay Ardanın qardaşıdır.