Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 11:34
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir.
Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.
Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun Nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.