Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şaxta Babanın koronavirusa yoluxdurduğu 18 nəfər öldü

Şaxta Babanın koronavirusa yoluxdurduğu 18 nəfər öldü

Tarix: 26 Dekabr 2020 13:30

Belçikada qocalar evində koronavirusa yoluxan 18 nəfər dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərb KİV orqanları Şaxta baba kostyumu geyinmiş şəxsin dekabrın əvvəlində Mol qəsəbəsindəki qocalar evini ziyarət etməsindən sonra 121 yaşlı bir sakinin və 36 işçinin virusa yoluxduğunu yazıb.

Mol qəsəbəsi rəsmiləri ziyarətdən sonra xəstələnənlərdən 18-nin öldüyünü və virusun dəqiq mənbəyini təyin etmək üçün laboratoriya araşdırmalarının davam etdiyini qeyd edib.

"İnfeksiyaların mənbəyini müəyyənləşdirmək üçün aparılan işlərin nəticələri hələ sona çatmayıb. Hazırda mənbənin kim olduğunu bilmək mümkün deyil. Hələ ki, bütün diqqət Şaxta babaya yönəlib",- deyə Molun bələdiyyə sədri Wim Caeyers bildirib.

Milli.Az


Etiketlər:  Şaxta Babanın koronavirusa yoluxdurduğu nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ