Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 13:44
İndi haqqında danışacağımız şəhid isə torpaqlarımızın işğalı və ermənilərin törətdiyi vəhşilikləri uşaq ikən ilk dəfə anasından eşidib. Anasının doğulduğu Cəbrayıl haqqında xatirələrin təsiri ilə böyüyən vətən oğlu elə ana vətəni Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, körpə ikən qəhrəmanımıza anası çox laylalar, əhvalatlar söyləmişdi. Amma yaddaşına bircəsi həkk olmuşdu. Anasının dünyaya göz açdığı Cəbrayıldan didərgin düşməsinin tarıxçəsi. Beləcə Ayaz Cəbrayılın azadlığı uğrunda qəhrəman kimi döyüşməyi öz balaca qəlbində qocaman arzuya çevirmişdi .
''Hər dəfə Cəbrayıldan , doğma Çaxırlı kəndimdən danışarkən, kədərlənərdim. Gözlərimin yaşardığını görən Ayaz təsəlli verərdi. Deyərdi ki, darıxma, böyüyüm, kəndimizi özüm alacağam ermənilərdən''. Bunları bizə nəql edən Şəfaqət Ana yenə kədərli, gözü yaşlıdır. Kəndi geri qayıdıb, amma onun üçün canını verən balası yox.
Ayazın şəhadət zirvəsinə həyat yolu 1998-ci ildə Cəlilabadın Bəciravan kəndindən başlayıb. 2017 -ci ildə həqiqi hərbi xidmətdə olarkən da uşaqlıqdan beyninə həkk etdiyi hədəfi-Cəbrayılı unutmur. Elə bu niyyətlə igid döyüşçümüz Daxili Qoşunların heyətində xidmətini davam etdirmək qərarı verir. Evdə buna heç kəs təəccüblənmir. Çünki atasına tez-tez təkrar edirmiş.
İstəklərinin arxasında əzmlə durmuşdu Ayaz. Onu saxlamaq olmurdu. Vətən torpaüının hər qarışı üçün canı bahasına çapalayır, əjdaha kimi savaşırdı.
Evdəki 3 bacısı da indi tərəddüddədir. Gözləri hələ də yolda, qardaş həsrətində.
Ayaz indi özü kimi məğrur, igid, vətən aşiqi olan ruhlardadır. Cəbrayılın azad olunmasını görmək ona nəsib olmasa da, arzusu yerinə yetdi. İgid şəhidimiz Cəbrayılın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edildi.