Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırılıb

Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırılıb

Tarix: 26 Dekabr 2020 14:24

Bakı. Trend:

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

2.1.1-ci maddəyə “pul vəsaitləridir” sözlərindən sonra “, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir” sözləri əlavə edilir;

2.1.2.7-ci maddə aşağıdakı redaksiyada verilir:

“2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;”;

26.1-ci maddədə “30 (otuz)” sözləri “100 (bir yüz)” sözləri ilə əvəz edilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.”.

Bu Qanunun 1.3-cü maddəsi 2021-ci il 5 aprel tarixindən qüvvəyə minir.


Etiketlər:  Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırılıb


RƏYLƏR