Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 17:34
Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi fikrini dəyişib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bir müddət əvvəl İtaliyaya dönmək istəyən argentinalı forvard artıq komandasında qalmaq niyyətindədir.
Buna səbəb Paris təmsilçisinə onun həmyerlisi Maurisio Poçettinonun çalışdırmaq ehtimalının yüksək olmasıdır. "Yuventus"un hücumçusu Paulo Dibala ilə dəyişdirilməsi yönündə danışıqlar gedən İkardi Poçettinonun rəhbərliyi altında oynamaqda maraqlıdır. O, həmyerlisinin sayəsində yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır.
Qeyd edək ki, PSJ-nin Tomas Tuxellə yollarını ayırdığı və Poçettino ilə ilkin razılığa gəldiyi bildirilir. 27 yaşlı İkardi cari mövsüm Liqa1-də 5 oyun keçirib, 2 qol vurub.