Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 18:18
COVID-19 pandemiyası fonunda Donald Trampın 2,3 trln. dollarlıq maliyyə yardımı paketi haqqında qanunu imzalamaqdan imtina etməsindən sonra, milyonlarla ABŞ vətəndaşına işsizlik müavinətlərinin ödənilməsi bu gündən dayandırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, D. Tramp bu qərarı ilə sözügedən paketin insanlara real kömək göstərə bilməyəcəyinə öz etirazını bildirib.
ABŞ-ın Əmək Departamentinin məlumatına əsasən, paketin imzalanmadığı halda 14 mln. ABŞ vətəndaşı əlavə müavinətlərsiz qala bilər.
Qeyd edək ki, bir çox iqtisadçılar qanun layihəsinin nəzərdə tutduğu köməyin çox aşağı olduğunu qəbul etsə də, dərhal reallaşdırıla biləcək dəstəyə ehtiyac olduğunu bildirirlər.