Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusu bu şüalarla məhv edək - Həkim

Koronavirusu bu şüalarla məhv edək - Həkim

Tarix: 27 Dekabr 2020 10:46

Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVİD-19 xəstələri olan evlərdə, COVİD-19 xəstəxanalarında ultrabənövşəyi şüalar saçan lampalar quraşdırılsa, yaxşı olar. Çünki ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, sözügedən lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, məqsədəuyğun olar.

A.Əliyev korona peyvəndinin ölkəyə tez gətirilməsinin və hər kəsə tez bir zamanda peyvənd vurulmasının lazım olduğunu bildirib:

"Peyvənddən sonra normal - əvvəlki həyatımıza dönə bilərik. Peyvənd barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin. Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir".

Həkim rəsmi statistik məlumatlarda yoluxma sayının azalmasına görə arxayın olmamağı da məsləhət görüb:

"Rəsmi statistika bizi aldatmamalıdır. Xəstə sayı əslində daha çoxdur. Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insan qorxusundan test analizi vermir".

Milli.Az


Etiketlər:  Koronavirusu bu şüalarla məhv edək Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ