Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karyerasını bitirən xanım döyüşçü yeni işindən milyonlar qazanacaq - FOTOlar

Karyerasını bitirən xanım döyüşçü yeni işindən milyonlar qazanacaq - FOTOlar

Tarix: 27 Dekabr 2020 12:08

UFC döyüşçüsü Raçael Ostoviç keçirdiyi ağır zədələrdən sonra karyerasını bitirsə də, gündəmdən düşmür.

Sonxeber.net fanat.az-a istinadən bildirir ki, gözəl idmançı onun üçün xüsusi hazırlanan 2021-ci il təqvimi üçün kamera qarşısına keçib.

Təqvimi sosial mediada paylaşan Ostoviçin fanatları onu müsbət qarşılayıb. Hər biri 40 funt-sterlinqə satılacaq təqvimlərin idmançıya böyük pullar qazandıracağı proqnozlaşdırılır.

Qeyd edək ki, Gina Mazani ilə döyüşdə ağciyərindən aldığı zərbədən sonra ağır zədə keçirən 29 yaşlı idmançı sağaldıqdan sonra ardıcıl 3 döyüşdə məğlub olub və karyerasını bitirib.


Etiketlər:  Karyerasını bitirən xanım döyüşçü yeni işindən milyonlar qazanacaq FOTOlar


RƏYLƏR