Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO)

Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO)

Tarix: 28 Dekabr 2020 18:56

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildirilib ki, növbəti belə tədbir Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonunda keçirilib. Rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Növbəti belə tədbir Binəqədi rayonunda keçirilib. Biləcəri qəsəbəsində mağazalardan birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən vətəndaş Anar Abdulxalıqov saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilib. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən vətəndaş Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilib.

Abşeron rayonu Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tezalışan maddələrin satışı ilə məşğul olan vətəndaş Nurlan Hüseynov tutularaq ərazi üzrə Mehdiabad Polis Bölməsinə gətirilib.

Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir.

Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO) - Gallery Image Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO) - Gallery Image Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO) - Gallery Image Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO) - Gallery Image Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslər saxlanılıb FOTO


RƏYLƏR