Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 06:42
Bakı. Trend:
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi tərəfindən Milad bayramı münasibətilə Kolumbiyanın “Acoexar” fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San Rafael rayonunun ehtiyacı olan sakinlərinə hədiyyələr paylanılıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Hədiyyələrin təqdim olunması ilə bağlı tədbirdə çıxış edən Səfirliyin birinci katibi E.İskəndərov ilk öncə tədbir iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq münasibətləri barədə danışıb. Azərbaycanlı diplomat həmçinin, tədbir iştirakçılarına Azərbaycan barədə məlumat verərək, 2020-ci ilin olduqca çətin olmasına baxmayaraq, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin Azərbaycan xalqının xatirəsində möhtəşəm zəfər ili kimi qalacağını qeyd edib.
Tədbir zamanı tədbir iştirakçıları Azərbaycan Hökumətinə dərin təşəkkürlərini bildirilmiş və onlara diqqət göstərilməsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.