Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vaksin olmasa biz illərlə maskada gəzməyə məcbur olacağıq'' - Şöbə müdiri

''Vaksin olmasa biz illərlə maskada gəzməyə məcbur olacağıq'' - Şöbə müdiri

Tarix: 29 Dekabr 2020 13:24

"Pandemiyadan canımızı qurtarmaq üçün vaksinasiya olunmağımız çox vacibdir".

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, koronavirusa görə peyvəndləmədən qətiyyən qorxmasınlar, çox vacibdir:

"Əksər insanlar vaksinasiya olunsa, yalnız o halda biz pandemiyadan canımızı qurtara bilərik. Çin istehsalı olan "Sinovac" peyvəndi üçüncü mərhələdən sonra təxminən 95%, bəzi mənbələrdə hətta 95%-dən yuxarı effektivlik göstərib. "Sinovac" vaksini bildiyimizə görə ənənəvi üsullarla hazırlanıbdır. Yəni, daha etibarlı olacağını düşünürəm. 

Mən çox vacib olaraq peyvənd etdirməkdən qorxanlara müraciət etmək istəyirəm: Qətiyyən qorxmasınlar, vaksin çox vacibdir. Vaksin olmasa biz illərlə maskada gəzməyə məcbur olacağıq. Mən çox inanıram və əminəm ki, peyvəndləmə nə qədər tez olsa, biz bu bəladan o qədər tez canımızı qurtaracağıq. 

Əslində bizim ölkədə COVİD-dən baş verən ölüm hadisələrinin səbəbləri müxtəlifdir - yanlış müalicədən ölənlər var, özü-özünü müalicə edib səhhəti ağırlaşıb ölənlər var, xəstəxanalardakı müəyyən səhvlərdən ölənlər var. Yəni, bizdəki statistik rəqəmlərdə göstərilən ölüm rəqəmləri hamısı virusun mutasiyaya uğraması, öldürücülük gücünün daha da artmasından deyil. Hər bir canlının geni var, insanda da, mikroorqanizmdə də. Virusun da geni var. O uzun bir zəncirdir. Onun hamısında birdən-birə mutasiya mümkün deyil, ola bilməz. Sadəcə o virus bölünür, artır. O min dəfələrlə bölünəndən sonra genində müəyyən dəyişikliklər gedir.

Mutasiya nəticəsində virus zəifləyə də bilər, güclənə də bilər. Amma məsələ budur ki, bütün gendə dəyişiklik getmədiyinə görə, mutasiya nəticəsində genin - RNT zəncirinin müəyyən bir hissəsində dəyişiklik olur. Amma "Sinovac" peyvəndi bütün zənciri əhatə edir. Yəni, virusun geninin hansısa bir hissəsində dəyişiklik olsa belə, bu peyvənd ona da təsir etmiş olacaq. 100% də olmasa, ən azından 70-80% təsirli olacaq".

Təhməz Əsədov


Etiketlər:  Vaksin olmasa illərlə maskada gəzməyə məcbur olacağıq Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ