Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 10:36
Bakı. Orxan Nəbiyev - Trend:
Çindən Türkiyəyə 3 milyon doza "Sinovac" vaksini gətirilib.
Trend-in məlumatına görə, səhər saatlarında Ankaraya çatdırılan vaksinlər dərman anbarına yerləşdirilib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, növəti 14 gün ərzində vaksinlər sınaqdan keçiriləcək. Sınaqlar bitən kimi kütləvi peyvəndləmə başlayacaq.