Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 14:06
2020-2021-ci ilin birinci yarım ili üçün sosial baxımdan həssas ailələrdən olan 16 minə yaxın tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilib. Pandemiya dövründə nəzərdə tutulan bu dəstək artıq ötən tədris ilinin ikinci yarımilində və cari tədris ilinin birinci yarımilində həyata keçirilib.
Təhsil Nazirliyindən "XəzərXəbər"ə məlumat verilib ki, pandemiya davam edəcəyi təqdirdə prosses növbəti semesteri də əhatə edəcək.
16 minə yaxın tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilib.
Təhsil Nazilriyinin sector müdiri Hikmət Qocayev "XəzərXəbər"ə bildirib ki, Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərara əsasən dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Sözügedən qərar isə 30 mindən artıq tələbəni əhatə edib. Artıq ötən ilin ikinci yarımili və bu ilin ilk yarımili üçün nəzərdə tutulan ödənişlər başa çatıb.
Sektor müdiri deyir ki, Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi xüsusi portal istifadəyə verilib və indiyə qədər bu portal 24 min 147 nəfər müraciət edib. Həmin tələbələr isə qərarda nəzərdə tutulan qaydalar əsasında seçilir:
Milli Məclisin plenar iclasında təsdiq edilən 2021-ci ilin dövlət büdcəsinə əsasən isə Təhsil sisteminə 3 milyard manatdan artıq vəsait ayrılıb. Millət vəkili, Mili Məclisin elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyir ki, əsas məqamlardan biri isə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək üçün təhsil kreditlərinin nəzərdə tutulmasıdır.
Millət vəkili bildirib ki, qurulacaq uzunmüddətli təhsil krediti siteminə əsasən bütün aztəminatlı ailələr dövlətin bu dəstəyindən yararlanacaqlar.