Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 13:42
Bakı. İlhamə İsabalayeva - Trend:
Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 140 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük norma daxilində və normadan çox olmaqla 100-130 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, iyulun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 95 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 93 kub/s olmaqla, ongünlük normadan az olub.
İyulun 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 45 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 36 kub/s təşkil etməklə ongünlük normadan az olub.
İyulun 12-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 29 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 34 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 38 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 316 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 12-də isə 313 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 63 sm qeydə alınıb. 2018-ci il iyulun 12-də isə bu rəqəm 173 sm təşkil edib.
Salyanda suyun səviyyəsi 10 sm azalıb və 115 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 91 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 153 sm olub və bu göstərici 2018-ci il iyulun 12-də 173 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 35 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 12-də isə 40 sm təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin