Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nargis Book: Qarabağa həsr olunmuş xüsusi buraxılış (VİDEO)

Nargis Book: Qarabağa həsr olunmuş xüsusi buraxılış (VİDEO)

Tarix: 30 Dekabr 2020 17:10

Bakı. Trend:

Yeni 2021 ilin ərəfəsində Nargis Nəşriyyat evi, Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş Nargis Book “Karabakh” adlı xüsusi buraxılışı ictimaiyətə təqdim edib.

Nargis Nəşriyyat evindən Trend-ə verilən məlumata görə, Nargis Nəşriyyat evinin fəaliyyət göstərdiyi səkkiz il ərzində ilk dəfə olaraq, Nargis Book “Karabakh” xüsusi buraxılışı işıq üzü görüb. Buraxılışın məqsədi Qarabağın Azərbaycan üçün əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq və bu bölgənin tarixi və zəngin mədəni irsindən bəhs etməkdir.

Nəşrdə yer alacaq materiallar üzərində görkəmli sənətşünaslar və tarixçilər işləyiblər. Onlar Qarabağın əsl tarixini sadə dil ilə təsvir edib, yalnız arxiv sənədləri və elmi nəşrlər əsasında xronologiyasını yaradıb, qərəzsiz şəkildə faktları təqdim edib və tarixi ədaləti bərpa ediblər.

Nargis Book buraxılışında dünya mədəniyyətinin nümayəndələri və ictimai xadimlərlə eksklüziv müsahibələr, azərbaycanlıların dünya mədəniyyətinə və elminə verdiyi töhfələrə dair məqalələr, Azıxantropların məskunlaşmasından başlayan Qarabağ bölgəsinin tarixi, eksklüziv fotosessiyalar və silsilə illüstrasiyalar, azad edilmiş Ağdam və Füzulidən reportajlar və bir çox digər maraqlı məqamlar öz yerini tapmışdır.

Materiallar arxiv fotoşəkilləri, o cümlədən Lumiere Brothers Fotoqrafiya Mərkəzinin kolleksiyasından Yakov Xalipin nadir fotoları ilə təsvir edilmişdir. Nəşr əsasən ingilis dilində hazırlanmış, videonu seyr etməyə və Azərbaycan milli musiqini dinləməyə imkan verən QR kodlarla tamamlanmışdır və eyni zamanda Qarabağın yeddi rayonunun təsvirlərini və Azərbaycan əlifbasının təsvirli hərflərini əks etdirən açıqca silsiləsi ilə müşayiət olunur.

Yeni buraxılışın hər sayında bir açıqca yer alır, belə ki onların yeddisini toplayaraq Qarabağ sözünə tamaşa etmək imkanınız olacaq.

Layihənin təşəbbüskarı və ideoloji ilham pərisi Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova idi. Layihənin reallaşdırılması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azercell, Azerenerji, Azərbaycan Avtomobil Yolları Agentliyi, Paşa Holding, Azərbaycan Banklar Assosiyasiyası, AzerGold, Veysəloğlu Şirkətlər Qrupu, Bakı Nəqliyyat Agentliyi, Nurgün Motors və Kontinent İnşaat kimi tərəfdaşların dəstəyi ilə mümkün olmuşdur.

Nargis Book özündə beynəlxalq auditoriyaya multikultural və çoxmillətli Azərbaycan obrazını təqdim edir.

Xarici oxucularda Azərbaycan, azərbaycanlılar və Qarabağ konfliktinin mahiyyəti haqqında düzgün təsəvvür formalaşdırmaq və ölkənin imicini beynəlxalq səviyyədə təqdim etmək, Azərbaycanın fərqli dillərdə danışan, müxtəlif millətlərin və dini etiqadlara malik insanların dostluq şəraitində yaşadığı və sülhsevər bir ölkə olduğunu aşılamaq məqsədi ilə bu nəşr, Rusiya, Ukrayna, İngiltərə, Türkiyə daxil olmaqla Avropa ölkələrində və ABŞ-da paylanacaq.


Etiketlər:  Nargis Book Qarabağa həsr olunmuş xüsusi buraxılış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ