Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 22:27
Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".