Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasından sevdiyi qıza elçi getməsini istədi - Şəhid Namiq Həmidlinin HƏYAT YOLU - FOTO

Anasından sevdiyi qıza elçi getməsini istədi - Şəhid Namiq Həmidlinin HƏYAT YOLU - FOTO

Tarix: 30 Dekabr 2020 22:42

44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri Lerik rayonun Çayrud kəndindən olan Cavanşir Həmidlidir.

Sonxeber.net bildirir ki, Cavanşir hərbi xidmətini başa vurmasına cəmi iki ay qalmış şəhid olub.

O, müharibədə bir neçə yaralı yoldaşını döyüş meydanından çıxarmağı da bacarıb.

Cavanşir qardaşının ali təhsil almasını çox istəyirmiş. Atası ilə danışanda da bunu tez-tez dilə gətirib.

Cavanşirin atası Namiq Həmidli sonuncu dəfə oğlunu aylar öncə görüb. Ata oğlunu görmək üçün sentyabrın 27-də onun xidmətdə olduğu hərbi hissəyə gedib. Namiq Həmidli hərbi hissəyə çatan zaman oğlunun döyüş meydanına yollandığını görüb.

Şəhid Cavanşir Lənkəran Dövlət Universitetində təhsil alıb. Ali təhsilini hərbi xidmətdən sonra davam etdirmək istəyən Cavanşir ailə həyatı qurmağı da planlaşdırıb. Hərbi xidmətdən məzuniyyətə gəldiyi müddətdə anasından sevdiyi qıza elçi getməsini istəyib. Cavanşir şəhid olduqdan sonra sevdiyi qız Çayrud kəndinə gələrək onun məzarını ziyarət edib. (publika.az)


Etiketlər:  Anasından sevdiyi qıza elçi getməsini istədi Şəhid Namiq Həmidlinin HƏYAT YOLU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ