Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avanti kriptovalyuta şirkəti ABŞ-da bank lisenziyası aldı

Avanti kriptovalyuta şirkəti ABŞ-da bank lisenziyası aldı

Tarix: 31 Dekabr 2020 13:52

Amerikanın kriptovalyuta şirkəti olan Avantı ABŞ-ın Vayominq (Wyoming) ştatında bank lisenziyası aldı. Vayominq ştatının maliyyə tənzimləyicisi Avantı rəqəmsal aktivlər bankının kriptovalyuta aktivləri üçün kastodial xidmətləri təqdim etməsi və ABŞ dollarına bərabər Avit stablecoin emissiyası hüquqlarını təsdiqlədi. Kastodial xidmətlər (custodial services) - müştərinin yazılı tapşırığı əsasında maliyyə aktivlərinin (qiymətli kağızlar, rəqəmsal aktivlər, nağd pul və s.) saxlanması və idarə edilməsini həyata keçirən xidmətlərdir. Bank lisenziyası aldıqdan sonra Avantinin fəaliyyəti ABŞ-ın banklar haqqında qanunvericiliyinə, həmçinin çirkli pulların yuyulmasına qarşı normativ aktlarına tam uyğun olmalıdır.

Avantı ABŞ-da bank lisenziyası alan ikinci kriptovalyuta şirkətidir. ABŞ-da ilk bank lisenziyası alan kriptovayuta şirkəti isə Kraken birjası (Kraken Financial) olub.

Milli.Az


Etiketlər:  Avanti kriptovalyuta şirkəti ABŞ da bank lisenziyası aldı


RƏYLƏR