Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 22:18
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 239 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 380 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 20 881, ağır xəstə sayı isə 3981 nəfər olub.
Nazir ölüm, ağır xəstə və yoluxma sayında azalma olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 208 652 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 100 650 nəfər sağalıb, 20 881 nəfər isə ölüb.