Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 02:32
Braziliyanın "Çapekoense" futbol klubunun prezidenti Paulo Maqro dünyasını dəyişib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, funksioner 59 yaşında koronavirusdan ölüb.
Maqro dekabrın 18-dən xəstəlik səbəbi ilə reanimasiya şöbəsində olub. Koronavirusa yoluxduqdan sonra onun böyrəyində də problemlər aşkarlanıb.
Qeyd edək ki, prezident 2019-cu ildən klubun prezidenti idi.