Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 09:34
ABŞ-da prezident seçkilərində məğlubiyyətini qəbul etməyən Donald Trampın tərəfdarları 6 yanvar tarixində mitinq keçirəcək. Həmin gün həm də Konqresin hər iki palatası səsvermə nəticələrini rəsmi olaraq təsdiqləyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Tramp özünün "Twitter" səhifəsində bildirib.
"6 yanvarda saat 11:00-da (Bakı vaxtı ilə 20:00) Vaşinqtonda böyük bir etiraz mitinqi keçiriləcək", - yazan Tramp mitinqin yeri barədə daha sonra məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, yanvarın 6-da ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası 14 dekabr tarixində Seçki Kolleciyasının keçirdiyi səsvermə nəticələrini rəsmi olaraq təsdiqləməlidir. Həmin nəticələrə əsasən, Cozef Bayden ABŞ-ın növbəti prezidenti seçilib.