Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 17:34
Bayram günləri də daxil olmaqla Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.
Qurumdan bildirilib ki, əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman 20 gün ərzində avtomobil texniki baxışdan keçirilməlidir.
Bundan başqa, bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir.