Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə karantin məhdudiyyətləri sərtləşdirildi

Bu ölkədə karantin məhdudiyyətləri sərtləşdirildi

Tarix: 2 Yanvar 2021 23:42

Taylandın paytaxtı Bankokda yeni növ koronavirus infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, publar, barlar və bənzər müəssisələr şənbə günündən (2 yanvar - Red) etibarən müvəqqəti bağlanır. Su parkları, oyun meydançaları, internet kafelər, xoruz döyüş arenaları, uşaq bağçaları, döyüş sənəti məktəbləri, hamamlar, idman meydançaları və mərkəzləri, masaj salonları və bir sıra digər yerlərin fəaliyyəti dayandırılır.

Ümumilikdə, çox sayda insanın toplanacağı hesab edilən 25 növ müxtəlif müəssisənin işləməsi qadağan olunub.

Bütün digər yerlərdə epidemiya əleyhinə və sanitar - gigiyenik tədbirlər həyata keçirilməlidir.

Qeyd edək ki, Taylandda 7 379 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan 4,3 min xəstə sağalıb, 64 pasiyent həyatını itirib.

Milli.Az


Etiketlər:  ölkədə karantin məhdudiyyətləri sərtləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ