Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər Türkiyə mallarını İran məhsulları ilə əvəzləyəcəklər

Ermənilər Türkiyə mallarını İran məhsulları ilə əvəzləyəcəklər

Tarix: 3 Yanvar 2021 16:28

İranın Ticarətə Dəstək Təşkilatının (Trade Promotion Organization of Iran, TPOİ) rəsmi nümayəndəsi bəyan edib ki, Ermənistan indiyədək Türkiyədən idxal etdiyi 2250 adda mal və məhsulu İran istehsalı olan mallarla əvəzləmək niyyətindədir.

Milli.Az "Mehr"ə istinadən bildirir ki, yanvarın 1-dən Ermənistanda Türkiyə istehsalı olan malların idxalına 6 aylıq müvəqqəti yasaq qüvvəyə minib. Qərar oktyabrda qəbul olunsa da, şirkətlərə türk mallarını əvəzləmək üçün vaxt verilmişdi.

İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.

TPOİ rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq.

"Yaranmış vəziyyət İran istehsalçıları və şirkətləri üçün yaxşı fürsətdir", - TPOİ rəsmisi deyib.

Milli.Az


Etiketlər:  Ermənilər Türkiyə mallarını İran məhsulları ilə əvəzləyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ