Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 20:39
Bakı. Trend:
Çexiyanın şimal-qərbində yerləşən Krupka şəhərində qocalar evində yanğın baş verib.
Trend TASS-a istinadən xəbər verir ki, hadisə zamanı təqaüdçü qadın dünyasını dəyişib.
Binada faciə qurbanı da daxil olmaqla 11 sakin olub. Dəm qazından zəhərlənən digər yaşlı yerli xəstəxanaya aparılıb.
Dərhal hadisə yerinə gələn xilasetmə qrupları yanğının öhdəsindən tez gəliblər. Yanğının səbəbləri polis ekspertləri komissiyası tərəfindən müəyyən edilir.
İlkin məlumatlara görə, hadisədən vurulan maddi ziyan təxminən 195 min avro təşkil edir.