Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 21:04
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour" çərçivəsində onlayn keçirilən "Airthings Masters" turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.
Sonxeber.net bildirir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5). Finalın ikinci qarşılaşması bu gün keçirildi. Şahmatçımız 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.
Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazandı.