Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 10:04
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadə xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək görüş Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.