Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 13:32
"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqın qardaşı Villi Obameyanq İnstaqramdakı canlı yayım zamanı tapançadan atəş açıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hadisə 2020-ci ilin son dəqiqələrində baş verib. Bu zaman canlı yayımı 5 mindən çox insan izləyib. Villi öz başının yanından havaya atəş açıb. Bu zaman Pyer-Emerik bir qədər əsəbi görünüb və qardaşının hərəkətini bir qədər təəccüblü adlandırıb.
Qeyd edək ki, Villi "Milan"ın yetirməsidir. O, karyerası ərzində az tanınan komandalarda oynayıb.