Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə quraqlıq problemi artmaqda davam edir

Türkiyədə quraqlıq problemi artmaqda davam edir

Tarix: 4 Yanvar 2021 14:02

Türkiyənin üzləşdiyi quraqlıq problemi artmaqda davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun ən böyük su qaynaqlarından olan "Ömərli" su hövzəsində doluluq səviyyəsi hər gün bir az daha azalaraq ən aşağı, 16.87 faizə çatıb. Bu, ölkə ərazisində, xüsusilə İstanbulda su qıtlığının yaranması təhlükəsi ilə yanaşı buradakı su canlılarının məhv olmasına da səbəb olub.

Hövzədə suyun çəkilməsi gölməçələrin yaranması ilə nəticələnib. Yaranan bu gölməçələrdə sazan, kefal, yayım, levrek və on minlərlə digər balıq növü məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

Bölgədə aparılan iş nəticəsində su canlılarının bir qismini xilas etmək mümkün olub.

Mütəxəssislər ölkə ərazisində yaranan quraqlığın iqlim dəyişikliyi və qlobal istiləşmənin nəticəsi olduğunu bildirirlər. Onların fikrincə qış aylarının olmasına baxmayaraq Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində yağıntıların olmaması, hava temperaturunun yaz mövsümünə uyğun davam etməsi nəticəsində yaxın gələcəkdə ölkə su qıtlığı ilə qarşılaşa bilər.


Etiketlər:  Türkiyədə quraqlıq problemi artmaqda davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ