Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Nadir Nadirlinin əbədiyyətə qədər davam edəcək ömür dastanı... - VİDEO

Şəhid Nadir Nadirlinin əbədiyyətə qədər davam edəcək ömür dastanı... - VİDEO

Tarix: 4 Yanvar 2021 17:54

O, hamı tərəfindən sevilib, əziz tutulub. 28 yaşlı gənc mühəndis Nadir Nadirlidən geriyə şərəfli adı, bir də dünyaya gələcək qız balası qalıb. Əməkdaşlarımız ölümündən sonra "Füzulinin azad edilməsinə görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunan şəhidimizin ailəsində olublar.

Ona babasının adını qoyublar. Şəmkir sakini Nadir Nadirli vətən müharibəsininn ilk günlərindən döyüşlərə yollanıb, müxtəlif istiqamətlərdə fədakarlıqla savaşıb. Fizuli-Cəbrayıl istiqamətində şəhid olub.

Toylarının 9-cu ayında şəhid olub Nadir. "O, evimizin nəşəsi, sevinciydi, indi rəngi solmuş, boz günlər qalıb bizim həyatımızdan geriyə..." Bu günlərdə övladını atasız dünyaya gətirəcək xanımı həm də Nadirə elə şəhidlik yaraşardı, deyir.

Füzuli, Xocavənd, Hadrut istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi ad çıxarıb. Dostlarının, döyüş yoldaşlarının onunla bağlı xatirələri indi doğmaları tərəfindən qürurla yad edilir.

Nadir doğmalarının sevincini bütöv bir xalqın sevincinə, işığını isə Vətənin azadlığına fəda etdi. Allah rəhmət eləsin!

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Şəhid Nadir Nadirlinin əbədiyyətə qədər davam edəcək ömür dastanı VİDEO


RƏYLƏR